Selfi çəkmək istəyən qızlar suda boğulma təhlükəsi ilə üzləşdilər - VİDEO

00:00 09-09-2020 958

Selfi çəkmək istəyən qızlar suda boğulma təhlükəsi ilə üzləşiblər.

Belə ki, qızlardan biri adətən yerli sakinlərin balıqçılıqla məşğul olduğu təhlükəli yerdə şəkil çəkdirmək istəyib. Lakin güclü dalğa qızı pirsdən ataraq, dənizin fırtınalı yerinə tərəf aparmağa başlayıb. 

Məlumata görə, vəziyyəti belə görə qızın rəfiqəsi onu xilas etmək üçün suya tullanıb. Lakin bu addımı onun özü üçün pis nəticələnib.

 “Tipiçnıy Soçi” “VKontakte” kanalının məlumatına görə, hadisə Rusiyanın Soçi şəhərində baş verib.

Həmin vaxt sahildə olan gənclər onları xilas etmək üçün dənizə baş vurublar.

Qızlardan biri ayağından və qabırğasından travma alıb. İkinci turistin vəziyyəti normal olub.

Gənclər onları yaxınlıqdakı xəstəxanaya çatdırıblar.