Dieta saxlayan qadın öldü, yataq xəstəsi olan anası isə baxımsızlıqdan həyatını itirdi

08:00 09-09-2020 425

Rusiyada mənzildən ana və qızının meyiti tapılıb.

Mk.ru xəbər verir ki, qonşular polisə mənzildən pis qoxu gəlməsi ilə bağlı xəbər veriblər.

Polislər mənzildə 58 yaşlı keçmiş tibb bacısı və onun 93 yaşlı anasının cəsədi ilə qarşılaşıblar.

Tör-töküntü içində olan evin girişində zibil torbaları qoyulub.

İlkin ehtimala görə, 58 yaşlı qadın təxminən 12 gün əvvəl ürək tutmasından ölüb. Qonşular onun arıqlamaq üçün dieta saxladığını deyiblər.

Onun ölümündən iki gün sonra isə yataq xəstəsi olan anası vəfat edib.

Evin pəncərələri və qapısı bağlı olub.

Qonşuların sözlərinə görə, onlar qapalı insanlar olub və heç vaxt qonaq qəbul etməyiblər.