1500 manat alıb, başa 2 tük əkməyib -“Hair Clinic”–də DƏLƏDUZLUQ

00:37 24-07-2019 1781

Indi, demək olar ki, əksəriyyət saç tökülməsindən şikayətlənir. Rejimsiz qidalanma, saçlara düzgün qulluq edilməmə, stres, depressiya, ekoloji faktorlar saçların tökülməsinə səbəb olur. Mütəxəssislərin fikrincə, hər bir normal insanın başından gündə 10 tük tökülməlidir. Bu saçların tökülməsi seyrəlməyə səbəb olmur. Proteinli qidalardan sui-istifadə, dəmir və sink çatışmazlığı, saçların tez-tez yuyulması, jele və ya lakdan istifadə saçların tökülməsi ilə nəticələnir. Bəs saçlar töküldükdən sonra nə etməli?

Müasir dövrdə saç əkimi əməliyyatlarının həyata keçirilməsi adi hal alıb. Saç əkimi əməliyyatı zamanı ənsə nahiyəsindən alınan tüklər mikroskop altında mütəxəssis tərəfindən yoxlanıldıqdan sonra problemli nahiyəyə əkilir. Əməliyyat saç əkiləcək sahədən asılı olaraq, 2-4 saat çəkir. Saçlar əkildikdən 3-6 ay sonra çıxmağa başlayır. Yaxşı nəticə əldə etmək üçün isə 8 ay gözləmək lazımdır.Əlbətdəki əməliyyatı yaxşı həkim edibsə.

Əməliyyatlar ağrısız həyata keçirilir. Əməliyyatların qiyməti əkilən saçların sayından asılıdır. Tam allopsiya (dazlıq) zamanı saçların əkilməsi həm xəstə, həm də həkim üçün uzun və zəhmətli bir prosesdir.
Saç tökülməsinin əsas səbəblərindən biri saç kökünün-soğanağının yaxşı qidalanmamasıdır. Orqanizmdə olan bakteriyalar, viruslar, göbələklər tük soğanaqlarına ilişib qalır və tük soğanaqlarını məhv edir. Tük soğanağı birbaşa hava ilə təmasda olduğu üçün saçlar müxtəlif rənglərdə olur. Tükün soğanağına gedən mikroarteriyalar sıradan çıxdığı üçün saçlar tökülür.


Ancaq saç tökülübsə, deməli, tükün soğanağı artıq məhv olub. Özünüz düşünün, əvvəlki tük olan yerdə soğanağın qidalanması normal olardısa, saç tökülməzdi. Arxada saç olan yerdən götürüb önə əkmək nə qədər düzgündür? Əkmə əməliyyatı zamanı saçın kökünə damar verilmir, qidalandırılmır. Ölmüş toxumanı arxadan götürüb önə əkirlər ki, bu da müəyyən müddət qaldıqdan sonra qidalanma, oksigen alma olmadığından, maddələr mübadiləsi həyata keçirilmədiyi üçün əkilən saçlar tökülür. Nə qədər ki, tükün soğanağı qurumayıb, əkilən saçlar qalır, soğanaq quruduğu zaman əkilən saçlar tökülür.

Ancaq elə klinikalar var ki, onlar saç əkimi adı altında sırf fırıldaqçlıqla məşğul olurlar.

Hergun.az-a bu haqda Vüsal Əliyev adlı şikayətçi bildirib. O deyir ki, Azərbaycan Tibb Unuversitetinin Tədris Cərrahiyyə Klinikasinin binasında yerləşən “Hair Clinic” –də insanları aldadırlar.

Konkret olaraq klinikanın rəhbəri Rəşad Əliyev.

Vüsal deyir ki, bu klinikanın reklamına “istagram”da rast gəlib. Gedib həmin ünvana. Rəşad Əliyev onun başına baxıb, 4500 kök əkilməsi lazım olduğunu deyib.

Şikayətçi  yazır ki, həmin vaxt klinikada qəribəlik sezib. Yəni həkim xəstələri qəti olaraq biri-biriləri ilə söhbətləşməyə imkanb vermirmiş. Nə isə, ona əməliyyat günü təyin edirlər. Əməliyyat səhər 10-da başlamalı olsa da pasienti boşuna 18:00-dək gözlədirlər. Əməliyyat başlayanda şikayətçi yenə qəribə hiss keçirir.Hiss edir ki, həkim Rəşad Əliyev və onun assitenti bunu aldadırlar. Şübhələrini  həkimə söyləyir. Həkim isə and-aman edir ki, nə danışırsan, 4500 kök əkdim. Saç çıxacaq.

Vüsal Əliyevin əməliyyatdan sonra ürəyi bulanır, sifəti şişir. Üstəlik aşkarlayır ki, başına tük əkilməyib. Yalnız qabaq hissəyə tel əkilib.

Rəşad Əliyev ondan qaçır. Həmişə də deyir ki, müəyyən müddətə tük çıxacaq. Bir il ərzində heç nə çıxmır.

Bu müddət ərzində o həkimə verdiyi 1500 manatdan yalnız 500-ün geri ala bilib.

Dediyinə görə onun kimi aldadılanlar kifayət qədərdir.

Məsələni diqqətdə saxlayacağıq. Rəşad Əliyev telefon zənglərinə cavab vermədiyindən fikrini öyrənə bilmədik.