77-ci Venesiya kino festivalı yekunlaşdı - VİDEO

02:40 13-09-2020 32

İtaliyada 77-ci Venesiya kino festivalı yekunlaşıb. Festivalının “Müqəddəs Markın Qızıl şiri” mükafatını ABŞ-da çalışan çinli Xloi Çjaonun “Köçərilərin torpağı” filmi qazanıb.

TASS xəbər verir ki, mükafatları aktrisa Keyt Blanşettin başçılığı ilə beynəlxalq münsiflər heyəti elan edib. 

“Köçərilərin torpağı” filminin baş rol ifaçısı və rejissoru festivala qatıla bilməyiblər. Onlar onlayn formada mətbuat konfransında iştirak ediblər.