Nəzarətsiz ərazidə boğulan şəxs xilas edildi

03:00 14-09-2020 339

Mingəçevir şəhərində suda boğulan şəxs xilas edilib.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumata görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Mingəçevir sularda xilasetmə məntəqəsinin ərazisində, qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən bir nəfər xilas olunub.