“Changan”dan növbəti kampaniya: Yeni şərtlər, yeni “Changan”! - FOTO

11:00 16-09-2020 450

“Changan” Azərbaycandan növbəti kampaniya: Yeni şərtlər, yeni “Changan”!

Belə ki, indi etdiyiniz hər əlavə 5 faiz ilkin ödəniş sizə əlavə 1 faiz endirim qazandırır. Nümunə üçün: 50.000 AZN dəyərində olan “Changan CS95” modeli üçün 20 faiz ödəniş etdiyiniz zaman avtomobilin ümumi qiymətinə əlavə 1 faiz endirim tətbiq edilir.

Müvafiq olaraq

25 faiz ilkin ödəniş üçün 2 faiz,

30 faiz ilkin ödəniş üçün 3 faiz,

35 faiz ilkin ödəniş üçün 4 faiz,

40 faiz ilkin ödəniş üçün isə 5 faiz endirim nəzərdə tutulur.

Yəni, “CS75 PLUS” üçün 40 faiz ilkin ödəniş etdiyiniz zaman avtomobilin ümumi qiyməti 63.900 AZN yerinə, 60.700 AZN təşkil edəcək. Bu halda ilkin ödəniş üzrə müştəri 700 AZN, ümumi ödənilən məbləğdə isə 4000 AZN güzəşt əldə edir.

Kredit şərtləri minimal 15 faiz ilkin ödəniş və illik 16 faiz olaraq nəzərdə tutulur*.

Qeyd edək ki, hal-hazırda “Changan” Çinin ən böyük avtomobil istehsalçısıdır və ildə 3
milyondan artıq avtomobil istehsal edir. Bu həm də təqdim edilən modellərin müxtəlifliyini artırır.

Ölkəyə yeni gətirilən “Changan CS15”, “CS75 Plus”, “CS85” və “CS95 SUV” tipli modelləri, habelə “Eado Plus”, “Eado DT” sedan və “F70” pikap modeli müştərilərə təqdim olunur.

Qeyd olunan güzəştli şərtlərdən yararlanmaq üçün “Changan” Bakı Mərkəzinə yaxınlaşa bilərsiniz.

Avtosalonlar Babək pr.74 ünvanında yerləşir.

Ətraflı sual və məlumat üçün isə *5544 qısa nömrəsinə zəng etməyiniz kifayətdir.