Kənd təsərrüfatı sahəsində hansı gözləntilər var? - Şöbə müdiri açıqladı

13:20 16-09-2020 458

Ölkədə bitkiçilik və heyvandarlıq üzrə məhsuldarlıq göstəriciləri daim artır və görülən işlər bu artımın dinamikliyini təmin etməyi nəzərdə tutur.

Bunu HerGun.Az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov növbəti dövrdə kənd təsərrüfatı sahəsindəki gözləntilər haqqında danışarkən deyib.

Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin qarşısında duran əsas vəzifə ölkənin ərzaq təhlükəsizliyini təmin etmək, həmçinin vətəndaşların keyfiyyətli və ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları ilə təminatını həyata keçirməkdir. 

Şöbə müdiri əlavə edib ki, növbəti mərhələdə mövcud torpaq və su ehtiyatlarından səmərəli istifadə etməklə məhsuldarlığı artırmaq Nazirliyin qarşısında duran əsas vəzifələrdən biridir. 

Qeyd edək ki, kənd təsərrüfatının ümumi məhsulunun strukturu baxımından bitkiçilikdə və heyvandarlıqda əldə edilən məhsuldarlıq ötən ilin müvafiq dövrünə nisbətən artıb. 

Dövlət Statistika Komitəsindən əldə edilən məlumata əsasən, 2020-ci ilin yanvar-avqust ayları üzrә kәnd tәsәrrüfatının ümumi mәhsulunun faktiki qiymәtlәrlә dәyәri 5 milyard 722,1 milyon manat tәşkil edib. Onun da 2 milyard 799 milyon manatı heyvandarlıq, 2 milyard 923,1 milyon manatı isә bitkiçilik mәhsullarının payına düşüb.  

Әvvәlki ilin müvafiq dövrü ilә müqayisәdә kәnd tәsәrrüfatının istehsalı 1,9 faiz, o cümlәdәn heyvandarlıq mәhsulları üzrә 3,2 faiz, bitkiçilik mәhsulları üzrә isә 0,6 faiz artıb.