Plastik tac auksionda yarım milyon dollardan artıq qiymətə satıldı - FOTO

08:20 18-09-2020 569

Məşhur amerikalı rep ifaçısı Notorious B.I.G.-in (əsl adı Kristofer Corc Lator Vallas) fotosessiya zamanı geyindiyi plastik tac rekord qiymətə satılıb.

Bu barədə “HaberGlobal” xəbər yayıb.

Məlumata görə, plastik daş-qaşlarla bəzənmiş tac üçün 594750 dollar (1 011 080 AZN) ödənilib.

Qeyd edək ki, afro-amerikan hip-hop ifaçısı, Şərqi Sahil repinin və qanqsta-repin ən görkəmli ulduzlarından biri olan Notorious B.I.G. 1997-ci ildə Kaliforniya ştatında qətlə yetrilib.