Bakıda iki avtomobil toqquşub: Xəsarət alanlar var

09:20 18-09-2020 305

Bakının Suraxanı rayonunda avtomobil qəzası zamanı iki nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə keçmiş “Komsomol” dairəsi yaxınlığında qeydə alınıb.

1999-cu il təvəllüdlü Nahid Hüseynov idarə etdiyi “Chery” markalı avtomobillə əks yolla hərəkətdə olan “Renault” markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Nəticədə “Chery”nin sürücüsü N.Hüseynov və sərnişin - 1999-cu il təvəllüdlü Məcidli Mehman Pərviz oğlu ağır bədən xəsarətləri alıb.

Yaralılar 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.