Bakıda yanğın tıxaca səbəb oldu - FOTO

18:40 21-09-2020 319

H.Əliyev prospekti Sabunçu yol qovşağı yaxınlığında yoldan kənar ərazidə yanğın baş verib.

HerGun.Az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib. 

O qeyd edib ki, bu səbəbdən də Heydər Əliyev Hava Limanı yolunda, xüsusən də Sabunçu istiqamətində köməkçi yolda sıxlıq müşahidə olunur.