Elmin Quliyev Moskvanın mərkəzində qəza törətdi, üç nəfər xəstəxanalıq oldu - FOTO/VİDEO

20:20 21-09-2020 410

Moskvanın mərkəzində idarəetmədən çıxan avtomobil üç nəfər piyadanı yaralayıb.

Rusiya KİV-də gedən məlumatlara görə, hadisə Ostojenko ev 47 ünvanında baş verib.

Belə ki, yüksək sürətlə hərəkətdə olan avtomobil yolayrıcında əvvəlcə başqa nəqliyyat vasitəsinə çırpılıb, daha sonra səkiyə çıxan maşın üç nəfər piyadanı vurub.

Onlardan ikisinin vəziyyəti ağır olsa da, hər üçü xəstəxanaya aparılıb.

Qeyd edilib ki, qəza törədən avtomobilin sürcüsü 26 yaşlı müğənni Elmin Quliyevdir. O, ELLEY səhnə adı ilə tanınır.