Tallində azərbaycanlı rəssamın sərgisi açıldı - VİDEO

11:00 22-09-2020 666

Tallin Müəllimlər Evində azərbaycanlı rəssam Rövşən Nurun (Quliyev) “Yay” adlı rəsm sərgisinin açılışı olub.

Xəbər “bublik.delfi.ee” internet dərgisində nəşr olunub.

Qeyd olunur ki, Rövşən Nur 20 il Estoniyada yaşayıb və Tallin şəhərinin mənzərələri, Estoniya təbiəti ona çox yaxındır.

Sərgidə 30 rəsm əsəri nümayiş olunur.

Sərgi 20 oktyabr 2020-ci il tarixinədək sənətsevərlərin üzünə açıqdır.