Balakəndə qadın sürücü avtomobili ilə ata və qızını vurdu

14:00 22-09-2020 354

Balakəndə qadın sürücü idarə etdiyi “Prado” markalı avtomobillə ata və azyaşlı qızını vurub.

APA-nın məlumatına görə, hadisə bu gün Balakən-Qabaqçol avtomobil yolunda baş verib.

Rayonun Talalar kənd sakinləri - 1984-cü il təvəllüdlü Əsəbəli Bəxtiyar oğlu Əhmədov  azyaşlı övladı, 2011-ci il təvəllüdlü Nurayla birlikdə yolu keçmək istəyən zaman “Prado” markalı avtomobil tərəfindən vurulub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Ə.Əhmədov və qızı Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Zaqatala RMX-da onlara lazımi tibbi yardım göstərilib.

Ə.Əhmədov və qızının vəziyyəti nəzərə alınaraq, müayinə və müalicələrini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulub. 

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.