Biləsuvarda “Mercedes” traktorla toqquşdu, yaralılar var

19:20 23-09-2020 329

Biləsuvarda “Mersedes” markalı minik avtomobili ilə traktor toqquşub.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun M.İbrahimov küçəsində qeydə alınıb.

Minik avtomobilinin sürücüsü və sərnişinləri ağır bədən xəsarətləri ilə Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.