2020-nin ən nüfuzlu insanlarının siyahısı hazırlandı

21:40 23-09-2020 718

2020-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını hazırlanıb.

Bu barədə ABŞ-ın “Time” jurnalı yazıb.

Reytinqdə bir sıra kateqoriyalar ayrılıb: “Titanlar”, “Novatorlar”, “İncəsənət xadimləri”, “Liderlər” və “Kumirlər”.

Liderlər arasında Birləşmiş Ştatların baş yoluxucu xəstəliklər mütəxəssisi Entoni Fauçi, ÜST direktoru Teodoros Qebreyesus, ABŞ Prezidenti Donald Tramp və onun seçkidəki rəqibi Co Bayden, həmçinin Çin lideri Si Szinpin və digərləri yer alıb.

Rusiya Prezidenti Vladimir Putin əvvəllər dəfələrlə olduğu siyahıya bu dəfə daxil edilməyib.

“Titanlar” arasında “Google”un baş direktoru Sundara Piçai, çinli epidemioloq Çjun Nanışan, “Amazon” şirkətinin rəhbəri Ceff Bezosun keçmiş həyat yoldaşı Makkenzi Skott və başqaları yer alıb.

“Novator” kateqoriyasına müğənni “Megan Thee Stallion”, astronavtlar Cessika Meyr və Kristina Kuk daxil olub.

“İncəsənət xadimləri sırasında siyahıya düşənlər isə ifaçı “The Weeknd”, müğənni Selena Qomez və digərləridir.

“Kumirlər” kateqoriyasında “Black Lives Matter” hərəkatının təsisçisi Ancela Devis, tennisçi Naomi Osaka və digərləri təmsil olunub.