Taksi sürücüsü OMON-un təqib etdiyi aksiya iştirakçısını qaçırdı - VİDEO
16:40 24-09-2020 487
Belarusda taksi sürücüsü hüquq-mühafizə orqanlarının təqibindən qaçan aksiya iştirakçısına kömək edib.
“Unian” xəbər verir ki, taksi sürücüsü avtomobilin qapısını açaraq, var qüvvəsi ilə OMON-dan qaçaraq uzaqlaşmağa çalışan kişinin avtomobilə oturmasına şərait yaradıb.
Polislərin avtomobilə çatmasına az qalmış sürücü təhlükəli manevrlər edərək, sürətlə ərazidən uzaqlaşır.