Paytaxtın Təbriz küçəsində baş verən yanğın avtomobillərin hərəkətində problem yaradıb - VİDEO
23:00 24-09-2020 423
Paytaxtın Təbrik küçəsində yanğın baş verib.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat yayıb.
O qeyd edib ki, bir az əvvəl Təbriz küçəsində iaşə obyektində yanğın baş verib:
“Yanğınsöndürmə texnikaları əraziyə cəlb olunduğundan Təbriz küçəsinin bu hissəsində hərəkət dayandırılıb. Bu hal ərazidən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların da hərəkətində çətinliklər yaradıb”.