Qonşusu ilə dalaşan Ed Şiran pandemiya dövründə yeni evlər aldı

07:40 25-09-2020 530

2020-ci ildə qonşusu ilə torpaq məsələsində mübahisə edən məşhur britaniyalı musiqiçi Ed Şiran (Ed Sheeran) pandemiya dövründə yeni ev alıb.

Bu barədə “The Sun” məlumat yayıb.

Şiran 4.5 milyon funt sterlinq məbləğində yeni mülkiyyəti rəsmiləşdirib.O, bütün pulu nağd ödəyib. Yeni evlərin harada olması və “Şiranvill”in bir hissəsi olub-olmadığı bəlli deyil.

Sonuncu alışdan sonra müğənninin bütün daşınmaz əmlakının ümumi dəyəri 61.5 milyon funt sterlinq olub.

“The Sun” qeyd edir ki, Ed Şiran “imperiya”ya sahibdir: 27 ev, bir neçə mənzil, malikanə, həmçinin kommersiya tipli daşınmaz əmlak, restoranlar...

Bir müddət əvvəl musiqiçi səs-küydən şikayət edən qonşuları ilə problemlərini həll etmək üçün Londondakı malikanəsindən bir qədər uzaq iki ev alıb. Bu zaman Şiran 20 milyon funt sterlinqə yaxın pul xərcləyib.

2020-ci ilin aprelində Ed Şiran Suffolk qraflığındakı əmlakının genişləndirilməsi ilə bağlı qonşusu ilə mübahisə yaşayıb. Müğənninin məhkəməyə təqdim etdiyi faktlara baxmayaraq, qonşusuna tikinti işləri aparmağa icazə verilib.