Azərbaycanlı idmançı Əbu Dabidəki döyüşdə həyati təhlükə ilə üzləşdi - VİDEO

00:20 26-09-2020 501

“Döyüşçü” ləqəbli MMA idmançımız Aqşin Babayev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Dabidə həyati təhlükə ilə üzləşib.

O, “UAE Warriors 13” turnirində Cənubi Koreyadan olan Ci Bum Munla qarşılaşıb.

Lakin birinci raundda asiyalı idmançı qadağan olunmuş nahiyəyə zərbə vurduğu üçün döyüş yarımçıq saxlanılıb və qalib elan edilməyib.

Tərəflər arasında təkrar döyüş noyabrda baş tutacaq.

Səbuhi Musayev