Bakıda naməlum şəxs 21 yaşlı gənci bıçaqlayıb

00:40 26-09-2020 871

Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Bakıxanov qəsəbəsində 1999-cu il təvəllüdlü Əzimov Məhəmməd Şakir oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.