Salma Hayekin təbii görünüşü pərəstişkarlarını heyran qoydu - FOTO

02:20 26-09-2020 525

Meksika əsilli amerikalı aktrisa Salma Hayek kosmetikasız şəklini paylaşıb.

Lenta.ru-nun məlumatına görə, kadrlar onun “Instagram” hesabında yayımlanıb.

Fotoda aktrisanın ağarmış saçları da görünür.

“Müdrikliyin ağ birçəkləri”, - deyə o, paylaşımına şərh yazıb.

Şəkillər paylaşıldıqdan az müddət sonra 400 mindən artıq bəyənmə toplayıb. Pərəstişkarları aktrisanın təbii görünüşünə heyranlıqlarını bildiriblər.