Ölkəyə tapança keçirmək istədilər - FOTO

16:20 26-09-2020 367

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında “Samur” gömrük postunun idxal nəzarət xəttinə daxil olan “MAN” markalı yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı avtomobilin kabininin müxtəlif yerlərində gömrük nəzarətindən gizlədilən, iki ədəd “iPhone 11” markalı mobil telefon, gömrük orqanına bəyan edilməyən, qaz balonu ilə birlikdə üzərində “ПМ49 CAL 177 4.5 mm” yazısı olan bir ədəd qaz tapançası, 45 ədəd yaddaş diski, üzərlərində “Borner” yazısı olan yeddi ədəd qaz balonu, bir ədəd tapança darağı və üzərində “Borner Premium” yazısı olan plastik qabda 500 ədəd tapança kürəcikləri aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.