Ən zərərli “faydalı” məhsullar açıqlandı

07:20 27-09-2020 379

Müsli, təzə sıxılmış şirələr, az yağlı kəsmik pəhriz saxlayanların və ya sadəcə sağlam həyat tərzi prinsiplərinə əməl etməyə çalışanların qidalarıdır. Ancaq bu məhsullardan ehtiyatla istifadə edilməlidir.

“Sputnik”in məlumatına görə, rusiyalı dietoloq və qidalanma mütəxəssisi Arina Skoromnaya bu barədə xəbərdarlıq edib.

“Yağsız ərzaqlar zərərlidir, çünki insanların yağlara ehtiyacı var və ümumiyyətlə hər şeyi yağsızlaşdırılmış şəkildə yesək, sağlamlığımızı daha da pisləşdirərik”, - deyə o, bildirib.

Dietoloqun sözlərinə görə, kalsium kimi bəzi faydalı maddələr yağ olmasa, bədən tərəfindən mənimsənilmir.

Skomnaya, təzə sıxılmış şirələrin də sağlamlıq üçün çox faydalı olmadığını qeyd edib. Dietoloq bu fikrini sözügedən məhsulların tərkibindəki çox miqdarda şəkərlə əsaslandırıb.

Qidalanma mütəxəssisi müsliləri də diqqətlə seçməyi tövsiyə edib.

"Batoncuqlar çox vaxt ucuz və keyfiyyətsiz olur. Ticari olaraq istehsal olunan və supermarketlərdə satılan məhsullar çox da yaxşı deyil”, - deyə o, vurğulayıb.