Dəhşətli qəza ilə əlaqədar “Formula-2” vaxtından əvvəl başa çatdı - VİDEO

03:40 28-09-2020 468

Soçidə “Formula-2” Rusiya Qran-Prisi yarışı qəza səbəbindən vaxtından əvvəl başa çatıb.

Lenta.ru-nun məlumatına görə, qəzanın görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

Yarış yeddinci dövrədə üçüncü döngədə baş verən toqquşmadan sonra dayandırılıb. Britaniyalı Cek Eytkenin avtomobili dayanacağa çırpılaraq italyan pilot Luka Gyottonu yolundan çıxarıb.

Pilotların ciddi xəsarət almadığı bildirilir.