Rusiyada yeraltı keçid çökdü: Çoxlu sayda yaralı var

04:40 28-09-2020 282

Rusiyada Moskva vilayətinin Stupino şəhərində piyada keçidinin çökməsi nəticəsində 51 nəfər yaralanıb. Hadisə Sidorovo kəndində, “FM logistik” şirkətinin ərazisində baş verib.

RT xəbər verir ki, yaralılardan 18-nin vəziyyəti ağırdır, onların üçü helikopterlə xəstəxanaya aparılıb.

İlkin məlumatlara görə, piyada keçidi həddindən artıq yük səbəbindən çöküb.

Hadisə yerinə xilasedicilər göndərilib, insidentin səbəbləri müəyyənləşdirilir.