Ukraynada təyyarə qəzasından sağ çıxan yeganə şəxs danışdı

05:00 28-09-2020 640

Ukraynanın Xarkov vilayətində An-26 təyyarəsinin qəzaya uğraması zamanı sağ qalan Vyaçeslav Zoloçevski istintaq orqanlarına necə xilas olduğunu danışıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Kursant bildirib ki, yanğın zamanı təyyarənin bir hissəsi onun üstünü örtüb və beləliklə alov ona zərər vura bilməyib.

Xatırladaq ki, An-26 təyyarəsi sentyabrın 25-də qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 27 nəfər olub.