Bakıda əkiz qardaşlar bıçaqlandı

04:20 29-09-2020 588

Son sutka ərzində Azərbaycanın paytaxtında sağlamlığa ağır zərər vurmaqla bağlı iki fakt qeydə alınıb.

Bu barədə HerGun.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

28 sentyabra keçən gecə, saat 02:00 radələrində, Yasamal rayonunda Rüfət adlı şəxs 1988-ci il təvəllüdlü əkiz qardaşlar Cəlal və Sarvan Şirinovu bıçaqlayıb. C.Şirinov qarın nahiyəsinə nüfuz edən bıçaq yarası ilə Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdirilib. S.Şirinova isə Travmatologiya İnstitutunda yardım göstərildikdən sonra o, evə göndərilib.

Yasamal rayon 29-cu Polis Bölməsinin əməkdaşları şübhəlinin tutulması istiqamətində işləyirlər. Münaqişənin səbəbləri müəyyənləşdirilir.

Eyni zamanda, Sabunçu rayonu, Zabrat qəsəbə sakini, 1959-cu il təvəllüdlü Elçin Canbaxışov qarın nahiyəsinə nüfuz edən bıçaq xəsarəti ilə şəhər klinik xəstəxanasına yerləşdirilib. Kişi spirtli içkinin təsiri altında olduğundan polisə hansı vəziyyətdə yaralandığını açıq şəkildə izah edə bilməyib. Hazırda 15-ci Polis Bölməsinin əməkdaşları faktla bağlı araşdırma aparırlar.

Ramella İbrahimxəlilova