İtaliya klubunda koronavirusa kütləvi yoluxma halı qeydə alınıb

08:00 29-09-2020 453

İtaliyanın “Cenoa” futbol klubunda koronavirusa kütləvi yoluxma halı aşkar edilib.

“Sky Sport Italia” xəbər verir ki, məlumatı “Cenoa” klubunun rəhbərliyi də təsdiq edib.  

Klubda COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 14 nəfərdir, onlardan 10-u əsas komandanın futbolçularıdır.

“Klub protokola uyğun olaraq bütün lazımi prosedurları həyata keçirib və vəziyyət barədə səlahiyyətli qurumları məlumatlandırıb” – klubun mətbuat xidmətinin yaydığı bəyanatda qeyd olunur.