Bakıda mağaza yanaraq külə döndü

10:40 29-09-2020 351

Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 150 kvadrat metr olan mağazanın dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılan mallar 100 kvadrat metr sahədə yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.