Polislərin üstünə benzin töküb yandırmaq istədi - VİDEO

05:40 30-09-2020 448

İzlənmədən qaçan gənc səkkiz polisin üstünə benzin tökərək, onları yandırmaq istəyib.

“Daily Mail”in məlumatına görə, hadisə İngiltərənin Esseks qraflığında qeydə alınıb.

Kadrlarda gəncin polislərin üstünə benzin tökdüyü görünür. Ətrafa toplaşanlardan kimsə “kimdə alışqan var, onları yandırın” deyir. Bundan sonra, polislər təşvişə düşüblər.

Polislərdən biri bu hadisə barədə danışarkən deyib: “Bir kibrit çöpü, bir alışqan kifayət idi ki, ömür boyu əlil qalaq, ya da ölək”.