Şəmistan Əlizamanlı AzTV-də “Cəbhədən xəbər” verəcək

19:00 30-09-2020 376

Hərbi diktor Şəmistan Əlizamanlı Azərbaycan Televiziyasında yeni verilişin aparıcısı kimi çıxış edəcək.

Onun aparıcısı olduğu veriliş “Cəbhədən xəbər” adlanır. Proqramda cəbhədəki vəziyyət və döyüşlərin gedişatı ilə bağlı ən son xəbərlər olacaq. 

“Cəbhədən xəbər” bu gündən başlayaraq hər gün 23:30-da AzTV-də efirə veriləcək.