Londonda Harri Potterin abidəsi qoyulub - FOTO

17:20 01-10-2020 585

Londonun mərkəzində, Lester meydanında ingiltərəli yazıçı Coan Roulinqin kitablarının qəhrəmanı olan gənc sehrbaz “Harri Potter”in abidəsi qoyulub.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Heykəltəraş Ancey Şimçik filmin ilk bölümü olan “Harri Potter və Fəlsəfə Daşı” seriyasından gənc sehrbazın “kviddiç” oynadığı anı əbədiləşdirib.

Bürünc abidə eyniadlı filmin premyerasının keçirildiyi Odeon kinoteatrının yaxınlığında qoyulub.