Ermənistan nəzərəçarpacaq dərəcədə Azərbaycandan geri qalır - MÜSAHİBƏ

17:40 07-10-2020 437

Ermənistan nəzərəçarpacaq dərəcədə Azərbaycandan geri qalır. 

Ukraynanın tanınmış bloqqerlərindən biri, politoloq, “Xvilya” analitik informasiya portalının baş redaktoru, Ukraynanın Gələcəyi İnstitutunun həmtəsisçisi Yuri Romanenko Qarabağda müharibəni “Media.Az” üçün şərh edib:

“Azərbaycanın işğal edilmiş ərazilərində gedən döyüş əməliyyatlarını Ukraynada diqqətlə izləyirlər. Belə bir ümumi fikir formalaşıb və elə “Youtube”da yerləşdirilmiş videoların sərlövhələrindən də bəlli olur ki, Azərbaycan Dağlıq Qarabağdakı müharibədən qalib çıxacaq”. 

Yuri Romanenko “Media.Az”a Qarabağda müharibənin Ukraynadan necə göründüyündən danışıb: 

- Müharibə razılaşmalar əldə olunanda başa çatacaq və bu, Ermənistandan başqa hamını razı salacaq. Müddətlərə gəlincə, hər şey döyüş əməliyyatlarının gedişindən asılıdır. İndi eskalasiyanın yüksək səviyyəyə çatdığı müşahidə olunur. Hər iki tərəf, xüsusən də Azərbaycandan nəzərəçarpacaq dərəcədə geri qalan Ermənistan üçün dividentlər artır. 

- Azərbaycan Prezidenti İlham Əliyev döyüş əməliyyatlarının dayandırılması üçün şərtini açıqlayıb: Ermənistan tərəfi öz silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasının qrafikini təqdim etməlidir. Lakin Ermənistan tərəfi bundan sonra da döyüşməyə hazır olduğunu bəyan etməklə bu siqnala etinasızlıq göstərib.

- Ermənistan tərəfi Azərbaycanın şərtlərini qəbul edəcəyi təqdirdə, ölkədə siyasi böhran yaranacağından ehtiyatlanır. Odur ki, onlar üçün müharibənin davam etdirilməsi Azərbaycana mümkün qədər böyük ziyan vurmaqla, arqumentlərini gücləndirmək istəyindən ibarətdir. 

- Lakin bu məntiq müharibəni tam qələbəyədək davam etdirmək deməkdir. Axı Azərbaycan ordusu irəliləyir və bunu hətta Ermənistan tərəfi etiraf edir və taktiki məqsədlərlə geri çəkildiyini bəyan edir... 

- Aydın məsələdir ki, ermənilər döyüşməyə çalışacaqlar. Lakin Azərbaycan iqtisadi baxımdan daha güclüdür və onun neft faktoruna görə ehtiyatları var. Daha bir faktor – Ermənistanı sözəbaxan etməyə çalışan Rusiya faktoru da nəzərə alınmalıdır. 

Nəticədə Moskva Ermənistandakı iştirakını daha da gücləndirəcək, Paşinyan isə güzəştə getməli olacaq. Yəni, nəzərə alınmalıdır ki, Azərbaycan təkcə Ermənistan ordusuna qarşı deyil, çeşidli qüvvələrdən ibarət koalisiyaya qarşı mübarizə aparır. Azərbaycana dəstəkdə Türkiyənin rolu böyükdür. Lakin Fransa da var. Bu ölkədə erməni diasporu böyük rol oynadığına görə o, spesifik mövqe tutub. Mənə belə gəlir ki, Türkiyə və Rusiya kompromis variant axtarmağa başlayacaqlar. ATƏT-i Ankara və Moskva əvəzləyə bilər. 

- Bu müharibəni Ermənistanı sülhə məcbur etmək addımı adlandırmaq olarmı? Axı Qarabağa dair danışıqlardan məhz İrəvan imtina edib.

- Mən belə deməzdim. Ermənistan və Azərbaycan arasında gərginlik onsuz da qalacaq. Odur ki, bunu Ermənistanı regionda yeni status-kvoya məcbur etmək addımı adlandırmaq olar. 

- Bəs Ukrayna cəmiyyəti Qarabağdakı müharibəyə necə münasibət bəsləyir?

- Sosioloji araşdırmalar aparılmayıb. Odur ki, mən öz subyektiv fikrimi deyə bilərəm. Belə bir hiss var ki, Ukrayna cəmiyyətinin böyük hissəsi Azərbaycanı dəstəkləyir.