Zəngilan şəhərinin peykdən görünüşü

18:40 20-10-2020 594

“Azərkosmos” işğaldan azad edilən Zəngilan şəhərinin peyk görüntüsünü paylaşıb.

Görüntü peyk operatorunun tvitter səhifəsində dərc olunub.

“Bu gün Azərbaycan Ordusu Zəngilan şəhərini və rayonun altı kəndini, Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının bir sıra kəndlərini erməni işğalından azad edib. Zəngilan şəhəri azad edildikdən sonra “Azersky” vasitəsilə əldə etdiyi görüntünü təqdim edirik”, - paylaşımda qeyd olunub.