İxtiraçı məhkum bomba düzəldib həbsxanadan qaçdı - VİDEO

23:20 20-10-2020 440

İsveçli jurnalist qızı doğrayaraq vəhşicəsinə qətlə yetirən danimarkalı ixtiraçı Peter Madsen  həbsxanadan qaçıb.

Bu barədə REN TV xəbər yayıb.

Belə ki, cinayətkar həbsxanada bomba düzəldib, sonra nəzarətçini özünü partladacağı ilə hədələyərək qaçıb.

Ancaq məhkum çox uzağa getməyib. Hazırda onun olduğu ərazinin mühasirəyə alındığı bildirilir.

Qeyd edək ki, sentyabr ayında Madsen isveçli jurnalist Kim Vallı öldürdüyünü etiraf edib. O, qətl və seksual təcavüzlə əlaqədar ömürlük həbsə məhkum edilib.