İmmuniteti məşq etdirməyin yolları açıqlanıb

05:20 21-10-2020 292

Koronavirusa qarşı immun sistemini yaxşılaşdırmaq üçün bəzi vərdişləri dəyişmək lazımdır.

“Sputnik”in məlumatına görə, bu barədə Virus İnfeksiyalarının Profilaktikası və Müalicəsi üzrə Elmi Məlumat Mərkəzinin direktoru, immunoloq Georgi Vikulov bildirib.

O, idmanla məşğul olmağı xüsusilə məsləhət görüb. Bununla belə, bu məsələdə də orta həddi gözləmək barədə xəbərdarlıq edib. Mütəxəssisin sözlərinə görə, həddindən artıq yüklənmə də oturaq həyat tərzi kimi bədənə mənfi təsir edir.

Həkim yemək vərdişlərinin immunitetə təsir göstərdiyinə diqqət çəkib. Onun sözlərinə görə, xolesterol səviyyəsi ilə əlaqəli olan ürək-damar sisteminin vəziyyəti immunitet sisteminə təsir edən daxili amildir.

Bundan əlavə, Vikulov siqaret çəkmə və spirtli içki kimi zərərli vərdişlərdən imtina etməyin vacibliyinə də işarə edib.