Rusiyada yanında ölü rəsmləri tapılan tələbə intihar etdi

06:00 21-10-2020 345

Rusiyada Moskva Aviasiya İnstitunun ikinci kurs tələbəsi yataqxanada özünü öldürüb.

“RİA Novosti” bu barədə hüquq-mühafizə orqanlarına istinadən xəbər yayır.

“İlkin məlumata görə, 2001-ci il təvəlüdlü tələbə intihar edib”, - deyə məlumatda qeyd edilir.

Onun meyiti yataqxananın mühafizəçisi tərəfindən tapılıb.

Tələbənin intihar məktubu tapılmasa da, onun meyitinin yanından içində ölən adamlar, sklet və gözsüz baş rəsmləri olan albom tapılıb.