Nurməhəmmədov və Qetji arasında “baxışların döyüşü” - VİDEO

00:20 22-10-2020 364

Sosial şəbəkədə UFC döyüşçüləri Həbib Nurməhəmmədov və Castin Qetjinin “baxışlarının döyüşü” videosu yayılıb.

Video “MMAFightingonSBN” “Youtube” kanalında yayılıb.

Döyüş oktyabrın 24-də Əbu-Dabidə baş tutacaq. Nurməhəmmədov və Qetji dostcasına davranıb və bir-birilərinin əlini sıxıblar.

Amerikalı fotoqrafların onun müvəqqəti çempion kəməri ilə fotosunu çəkməsinə icazə verməyib və Həbib Nurməhəmmədovun kəmərini göstərərək: “mənə bu lazımdır” deyib.