Qarabağda mərmi partladı: erməni xəstəxanalıq oldu

18:45 19-06-2019 904

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində avia mərminin partlaması nəticəsində 34 yaşlı Ararat Sarkisyan yaralanıb.

“Sputnik Armeniya”nın məlumatına görə, o, üzüm bağında işləyərkən mərmi partlayıb və ağır xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. 

Hadisənin detalları barədə məlumat verilmir.