“Makkabi” – “Qarabağ” matçında hesab açıldı - YENİLƏNİB

23:20 22-10-2020 31

"Makkabi" - "Qarabağ" qarşılaşmasında hesab açılıb. 10-cu dəqiqədə ev sahiblərinin oyunçucu Yonaten Kohen fərqlənib - 1:0. 

23:01

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin birinci turunda Təl-Əvivdə İsrailin “Makkabi” komandasına qarşı matçı start götürüb.

21:47

UEFA Avropa Liqasının I qrupunun birinci turunda İsraildə üz-üzə gələcək “Makkabi” və “Qarabağ” komandalarının start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı “11-lik”də çıxacaqlar:

“Makkabi”: 19. Daniel Tenenbaum, 30. Maor Kandil, 18. Eytan Tibi, 21. Şeran Yeini, 4. Enrix Saborit, 27. Ofir Davidzada, 23. Eyal Qolaso, 42. Tal Torgeman, 6. Dan Qlazer, 24. Yonaten Kohen, 10.İtay Şexter

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 77. Donald Gerye, 81. Kevin Medina, 5. Maksim Medvedev (k), 30. Abbas Hüseynov, 2. Qara Qarayev, 8. Uroş Matiç, 9. Xayme Romero, 10. Abdullah Zubir, 27. Patrik Andrade,Filip Ozobiç