Yəhudi əsilli əsgər Daniel Zarmayilov: “Vətən uğrunda son damla qanıma qədər döyüşəcəyəm” - VİDEO

23:40 22-10-2020 514

“Mən yəhudi əsilli əsgər Daniel Zarmayilov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşməkdən qürurluyam. Azərbaycan bizim evimizdir, Vətənimizdir. Vətənimiz uğrunda son damla qanıma qədər döyüşəcəyəm”.

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, bu sözləri Azərbaycan vətəndaşı, Ordumuzun yəhudi əsilli əsgəri Daniel Zarmayilov videomüraciətində deyib.

“Azərbaycan dövlətindən və xalqından çox razıyıq. Erməni təcavüzünü qətiyyətlə qınayırıq. Yaşasın Azərbaycan dövləti, yaşasın şanlı Azərbaycan Ordusu!”, - deyə o, əlavə edib.