Dünya şöhrətli həmyerlimiz Vətənə dəstəyini bildirdi - VİDEO

02:20 23-10-2020 570

Azərbaycan əsilli, ABŞ-da yaşayan bodibilder və idmançı Bahar Nəbiyeva Azərbauycanı dəstəkləyib.

Bodibilder üç milyonluq “İnstagram” səhifəsində video paylaşıb.

Videoda müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü və ölkəmizin dinc mülki əhalisini hədəfə almasını dünyaya çatdırıblar.

B.Nəbiyeva paylaşımda qeyd edib ki, bu il bütün dünyada sözün əsl mənasında çılğın hadisələr baş verib və ona görə də hər zaman dəstəyini ifadə etdiyi ana vətəni Azərbaycanın onun köməyinə ehtiyacı var.