Baş Prokurorluq erməni təxribatlarının vurduğu zərərləri açıqladı - FOTO

11:20 28-10-2020 380

Erməni təxribatı nəticəsində Azərbaycanda ölən və yaralanan mülki vətəndaşların sayı açıqlanıb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında qeyd olunub. 

Bildirilib ki, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 69 mülki şəxs həlak olub, 322 nəfər yaralanıb.

Eyni zamanda, 415 mülki obyekt, 92 yararsız vəziyyətə düşmüş çoxmənzilli yaşayış binası və 2338 yaşayış evi yarasız vəziyyətə düşüb.