Müdafiə Nazirliyindən hərbi təyyarə qəzası videosu ilə bağlı - AÇIQLAMA
10:18 26-07-2019 1261
Təyyarənin hərbi aerodromdan qalxdığı vaxt gecə vaxtı olub, təlim-məşq uçuşları da gecə vaxtı keçirilib. Burada isə açıq-aydın görünür ki, hava işıqlıdır, gündüzdür..
Bunu Müdafiə Nazirliyindən sosial şəbəkələrdə guya MiQ-29 qırıcısının qəza anını əks etdirən videogörüntünün yayılması barədə sorğuya cavab olaraq bildiriblər.
Qeyd olunub ki, yayılan videogörüntünün heç bir əsası yoxdur və yalandır.
“Plana uğun keçirilən təlim-məşq uçuşları axşam vaxtı həyata keçirilib. Bu videoda göstərilən gün rejimi isə həmin vaxtla uyğun gəlmir, məhz buna görə də bu görüntülər saxtadır.
İctimaiyyətə isə həmin videonu yaymamağa, o cümlədən, inanmamağa çağırırıq”, - deyə nazirliyin açıqlamasında vurğulanıb.