Notr-Dam Kilsəsində qətliam törətmiş şəxsin saxlanılma anı - VİDEO

16:20 29-10-2020 344

Fransada Notr-Dam Kilsəsində bıçaqla üç nəfəri qətlə yetirən şəxsin polislər tərəfindən saxlanılması anı yayımlanıb.

Video “Tendance Actuelle” “YouTube” kanalında yerləşdirilib.

Kadrlarda cinayətkarın müxtəlif şüarlar səsləndirdiyi əks olunub. Bu an ətrafda olan polislərdən biri onun üzərinə şığıyaraq, cinayətkarı zərərsizləşdirib.

Xatırladaq ki, bu gün Fransanın Nitsa şəhərinin mərkəzində yerləşən Notr-Dam Kilsəsində bıçaqla silahlanmış naməlum şəxs insanlara hücum edib.

Hadisə nəticəsində üç nəfər həyatını itirib.