Birinci Qarabağ müharibəsi iştirakçısı Bərdə terrorunun qurbanlarındandır - VİDEO

06:20 30-10-2020 386

Oktyabrın 28-də erməni terroru nəticəsində həyatını itirənlərdən biri də, Bərdə rayon Nifçi kənd sakini Fazil Hacıyevdir. 

Baku TV-nin əməkdaşları F.Hacıyevin evində olub, yaxınları ilə söhbət edib.

Yaxınlarının sözlərinə görə, hadisə baş verən gün Fəzail Hacıyev həyat yoldaşı ilə birgə Bərdə şəhərinə tibbi yoxlanış üçün gəlib. Bu zaman düşmən ordusunun atdığı raketin qəlpələrindən biri də Hacıyevə dəyib. O, hadisə yerində dünyasını dəyişib. 

Qeyd edilib ki, Fazil Hacıyev Qarabağ müharibəsi iştirakçısı olub. Fazil Hacıyev həyatını itirsə də, övladı ön cəbhədə Azərbaycan Ordusu ilə birlikdə tarix yazır.