Böyük britaniyalılar Consondan Milad bayramlarının xilas edilməsini xahiş edir

08:40 30-10-2020 277

Böyük Britaniyanın Liberal Demokratik Partiyası Baş nazir Boris Consonu Milad tətillərində koronavirusla mübarizə qaydalarını müəyyənləşdirmək üçün dördtərəfli sammit keçirməyə çağırır.

Bu barədə “Daily Mail” agentliyi məlumat verib.

Partiyadan bildirilib ki, Böyük Britaniyanın dörd “tarixi ölkəsi”nin (İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiya) nümayəndələrinin iştirakı ilə görüş keçirmək lazımdır.

“Dörd ölkənin hökumətləri bir araya gələrək Miladının mümkün normalar çərçivəsində keçirilməsini təmin etməyə çalışmalıdır. Bunu etsək, bəlkə Milad ləğv olunmayacaq”, - deyə Liberal Demokra hərəkatın lideri Ed Deyvi qeyd edib.