Koronavirusun yeni və gözlənilməz simptomu ortaya çıxıb - FOTO

05:00 31-10-2020 346

COVID-19-a yoluxan insanların ayaq barmaqlarında qıcıqlanma və qızartı yarana bilər.

“The Telegraph”ın məlumatına görə, koronavirusun yeni və gözlənilməz simptomu barədə beynəlxalq Dermatoloji Cəmiyyətləri Liqası və Amerika Dermatoloji Akademiyasının alimləri birlikdə tədqiqat aparıblar.

Donvurmaya bənzəyən simptomlar bir-dörd həftə davam edir və ayaqların şişməsinə səbəb ola bilir. Ancaq bəzi xəstələrdə simptomların bir neçə ay davam etdiyi hallara da rast gəlinib.

Qeyd edək ki, beynəlxalq COVID-19 Dermatoloji Reyestrində oxşar hallarla qarşılaşmış koronavirus xəstələri qeydiyyata alınıb. Bu xəstələrin təxminən yarısında ayaq iltihabı meydana gəlib, onların da təxminən 16 faizi xəstəxanaya yerləşdirilib.