Tramp “dalğalanan” ştatlarda qələbəyə ümid edir

06:00 31-10-2020 278

“ABŞ Prezidenti Donald Tramp “dalğalanan” ştatlarda qələbə qazanmağa ümid edir”.

Bu barədə “Fox Business”in efirində çıxışı zamanı Ağ Evin Kommunikasiyalar üzrə direktoru Alissa Farah bildirib.

Onun sözlərinə görə, söhbət indiyə qədər hansı partiyanın və ya hansı namizədin liderlik etdiyinin aydın olmadığı ştatlardan gedir.

Ağ Ev rəsmisi bildirib ki, Tramp ona 20 səs gətirə biləcək (qələbə üçün 270 səs lazımdır) Pensilvaniya, həmçinin Nevada, Arizona və Qərbdəki bir sıra digər ştatlarda qələbəyə ümid edir.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçiriləcək.