Masazırda 11 yaşlı uşaq bıçaqlandı

00:40 01-11-2020 635

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Masazır qəsəbəsində qeydə alınıb.

Belə ki, 2009-cu il təvəllüdlü Məmmədov Amin Rəvan oğlu kürək nahiyəsindən tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun kürək nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş, daxilə nüfuz etmiş bıçaq yarası aşkarlanıb.

Uşaq əməliyyat olunub. Faktla bağlı araşdırma aparılır.